reklam
Regionxeberlericom.az » Hadisə » Bu ölkədə cins şalvara qadağa qoyuldu

reklam

Bu ölkədə cins şalvara qadağa qoyuldu


Şimali Koreyanın dövlət televiziya kanalı KCTV tanınmış britaniyalı televiziya veteranı Alan Tiçmarşın aparıcılığı ilə “Bağ sirləri” proqramını yayımlayıb. 

Xəbərə görə, televiziya işçiləri xarici moda və mədəniyyətə senzura çərçivəsində onun cins şalvar geydiyi hissəni bulandıraraq efirə veriblər. Məhz bu fakt həm proqramı, həm də aparıcını Avropada məşhurlaşdırıb.

Tiçmarşın zarafatla bildirib ki, bu senzura ona “küçə etimadı” qazanmağa kömək edib.

"Mən heç vaxt özümü təhlükəli təxribatçı, imperialist hesab etməmişəm. Mən adətən kifayət qədər sakit və zərərsiz proqram aparıram, bağçılıqla bağlı veriliş o qədər də baxımlı deyildi. Amma indi məni tanımağa başladılar “- o qeyd edib.

Seuldakı Koreya Universitetinin Şimali Koreyaşünaslıq üzrə professoru Nam Soon-Vook bildirib ki, bu hərəkətlər Şimali Koreyanın yad ideologiya və mədəniyyətin rədd edilməsi haqqında bu yaxınlarda qəbul edilmiş qanuna ciddi əməl etdiyini göstərir.

“Bu qanun xarici modellərin müxtəlif aspektlərdə, o cümlədən geyim və danışıq tərzində təqlidini qadağan etmək məqsədi daşıyır. Bu baxımdan, Amerika imperializminin simvolu olan cins şalvarlar ölkə sakinlərinə qadağan edilib. Bununla belə, əcnəbi qonaqlara münasibətdə bir az çeviklik var, çünki onlara cins şalvar geyinməyi qadağan etmək olmaz”- o bildirib.




Paylaş:


Müəllif : Tarix:
30-03-2024, 15:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər