reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda 1000-ə yaxın donor gözləyən xəstə var - MÜSAHİBƏ

reklam

Azərbaycanda 1000-ə yaxın donor gözləyən xəstə var - MÜSAHİBƏ


Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasovanın Lent.az-a müsahibəsi

- Yeganə xanım, orqan transplantasiyası zamanı hansı amillər əsas götürülür?

- Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.

- Orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayı təxmini olaraq neçədir?

- Hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayı 1000-ə yaxındır.

- Bəs, kimlər donor ola bilməz?

- Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olan şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

- Orqanını bağışlayan insanların səhhətlərində sonradan hər hansısa bir problem yaranırmı?

- Canlı donorda transplantasiya əməliyyatından sonra nadir halda ağırlaşmalar ola bilər. Ağırlaşmaların olmaması üçün tibb müəssisələri əməliyyatdan öncə və sonra donorla bağlı bütün müvafiq tədbirləri  mütəmadi olaraq yerinə yetirir.

- Yeganə xanım, orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?

- Bəli, transplantasiya əməliyyatından sonra xəstələrdə yarana biləcək fəsədlara  iri həcmli abdominal cərrahi əməliyyatların ümumi ağırlaşmaları aiddir. Xəstənin yaşı, xəstəliyinin müddəti, yanaşı xəstəliklərin olması və s. asılı olaraq müxtəlif fəsadlar yarana bilər.

- Orqanını könüllü şəkildə bağışlamaq istəyən insanların ailələrinə bu haqda məlumat verilirmi?

- Sözügedən şəxslərin yaşları 18 və yuxarı olduğu üçün bu tamamilə məxfi saxlanılır. Bu haqda qətiyyən üçüncü şəxsə məlumat verilmir. Gələcəkdə onlara elektron kart da veriləcək.

- Öldükdən sonra donor olmaq istəyən insanlar hara müraciət etməlidirlər?

- Hazırda Orqan donorluğu və transplantasiya üzrə mərkəzə müraciət edə bilərlər. Mərkəzimizdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş beyin ölümündən sonra donor olmaq istəyən şəxslərin ərizə forması doldurulur və həmin şəxslər bu ərizə əsasında qeydiyyata alınır. 

- Anonimlik məsələsi necə təmin edilir?

- Anonimlik "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun 24-cü maddəsinə əsasən tənzimlənir. Belə ki, Mərkəzimiz tibb müəssisəsi ilə birlikdə şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina etməsi barədə iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini qoruyur. 

- Bəs, bu gün xarici ölkələrdən orqan gətirilirmi?

- "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən donor orqanın ixracına vahid dövlət informasiya bazasındakı resipiyentlərin reyestrində həmin orqana ehtiyacı və genetik, immunoloji uyğunluğu olan resipiyentin olmadığı halda yol verilir. Bu gün üçün praktikada gözün buynuz qişası xarici ölkələrdən Azərbaycan Respublikasına idxal olunur.




Paylaş:


Müəllif : Tarix:
6-04-2024, 16:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər