reklam
Regionxeberlericom.az » Hadisə » Lənkəranda FACİƏ: Rusiyadan övladlarına toy etməyə gələn ata-ana qazdan boğuldu

reklam

Lənkəranda FACİƏ: Rusiyadan övladlarına toy etməyə gələn ata-ana qazdan boğuldu


Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 50 yaşlı Qalib Bağırovun və arvadı 45 yaşlı Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
9-04-2024, 17:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər