reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyada daha bir yaşayış məntəqəsində təcili təxliyə elan edildi

reklam

Rusiyada daha bir yaşayış məntəqəsində təcili təxliyə elan edildi


Rusiyanın Orenburq vilayətinin Qazodobıtçiki qəsəbəsində su bəndinin uçması təhlükəsi ilə əlaqədar sakinlərin tam təxliyəsi elan edilib.


Bu barədə rayon administrasiyasının “Telegram” kanalında məlumat verilib.


“Qazodobıtçiki qəsəbəsində bəndin uçması təhlükəsi ilə əlaqədar sakinlərin tam təxliyəsi elan edilib. Qəsəbə sakinləri təcili olaraq kəndi tərk edərək təhlükəsiz yerə təxliyə olunmalıdırlar”, - deyə məlumatda bildirilib. 


Administrasiyadan qeyd edilib ki, uçma təhlükəsi daşan su səviyyəsinin getdikcə artması ilə bağlıdır. 


Xatırladaq ki, Orenburq vilayətində 11 773 yaşayış binası və 15 066 həyətyanı sahə su altında qalıb. Orenburqda Ural çayında suyun səviyyəsi 4 saat ərzində 14 sm artaraq 1143 sm-ə çatıb.




Paylaş:


Müəllif : Tarix:
12-04-2024, 14:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər