reklam
Regionxeberlericom.az » Hadisə » Bu 2 şirkət xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib

reklam

Bu 2 şirkət xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib
















Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, “Recent Group” və “Area Alfa Group” MMC-lərin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.

İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
18-04-2024, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər