Qazaxıstanda tutulan şəxs Azərbaycana gətirildi
Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Baş Prokurorluğun Mətbuat ximəti xəbər verir ki, Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında vəsatət Qazaxıstan tərəfindən təmin edilib.
Belə ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Qeyd olunan şəxs Qazaxıstan ərazisində saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2024, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər