reklam
Regionxeberlericom.az » Hadisə » Əhaliyə ŞAD XƏBƏR: Tibbi arayışlar bu tarixdən elektron qaydada veriləcək

reklam

Əhaliyə ŞAD XƏBƏR: Tibbi arayışlar bu tarixdən elektron qaydada veriləcək


Bu gün “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimi keçirilib.

Təqdimatda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Bundan sonra, vətəndaşlar sağlamlıq haqqında arayışı elektron formada əldə edəcəklər.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, arayışlar ödənişli əsaslarla təqdim edilir:

“Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir.

Elektron arayışlar kağız daşıyıcılarla eyni hüquqda olacaqlar. Bütün tibbi arayışlar elektronlaşdırılacaq. Hazırda ali məktəblərə, kolleclərə qəbul üçün alınan tibbi arayışlar da elektronlaşdırılır. Elektronlaşma növbələrin qarşısını almaq, vətəndaşların vaxtına qənaət etməsinə köməkliklə bağlı düzgün addımdır. Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib”.




Paylaş:


Müəllif : Tarix:
26-04-2024, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər