reklam
Regionxeberlericom.az » İdman » Bu gün Türkiyənin oyunu var

reklam

Bu gün Türkiyənin oyunu var

















Bu gün AÇ-2024-ün 1/8 final oyunlarına yekun vurulacaq.

Baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki “Alyans Arena”da keçiriləcək.

Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq.

AÇ-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, “Alyans Arena”.

23:00. Avstriya - Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, “Red Bull Arena”.




Paylaş:


Müəllif : Tarix:
2-07-2024, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər