reklam
Regionxeberlericom.az » İdman » Qızıl oğlanlar... - Fotolar

reklam

Qızıl oğlanlar... - Fotolar

















Xəbər verdiyimiz kimi, İspaniya millisi AÇ-2024-ün finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək çempionluğu bayram edib.

Bu, yığmanın tarixindəki 4-cü Avropa çempionluğu olub.

İspanlar buna qədər 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olmuşdu.

İngiltərə millisi isə ikinci dəfə Avropa çempionatının finalında məğlub oldu. Beləliklə, ingilislərin kubok həsrəti 58 ilə yüksəldi.

Onu da qeyd edək ki, İspaniya millisi AÇ-2024-də keçirdiyi 7 oyunun hamısında qalib gəlib. Yığma bu qarşılaşmalarda ümumilikdə 15 qol vurub ki, bu da Avropa çempionatları tarixində rekord göstəricidir. Bu rekord göstəriciyə indiyədək 1984-cü ildə Avropa çempionu olan Fransa millisi sahib idi. Həmin ildə finalda məhz İspaniyanı məğlub edən fransızlar 14 qolla yadda qalmışdı.

 











Paylaş:


Müəllif : Tarix:
15-07-2024, 08:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər