reklam
Regionxeberlericom.az » İdman » “Nürnberq”in idman direktoru Mahir Emrelidən danışdı - “Müsbət danışıqlar gedir”

reklam

“Nürnberq”in idman direktoru Mahir Emrelidən danışdı - “Müsbət danışıqlar gedir”

















Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Almaniya klubu “Nürnberq”lə danışıqları davam edir.

Bunu ikinci Bundesliqa komandasının idman direktoru Joti Katzialeksiu deyib.

O bildirib ki, “Ayntraxt”a keçən Can Uzunun boşluğunu hələ də doldurmayıblar. İdman direktoru Emrelinin bir çox xüsusiyyətə malik olması diqqətlərini çəkib: “Mahirdə bizim istədiyimiz mentalitet var. Yaxşı qol duyumu var, topla rəftarı əladı və uzaq məsafədən güclü zərbələrə malikdi. Mahirlə müsbət danışıqlar gedir”.

Qeyd edək ki, millimizin forvardının “Dinamo” ilə müqavilə müddətinin sonuna iki il vaxt qalır.




Paylaş:


Müəllif : Tarix:
29-07-2024, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər