reklam
Regionxeberlericom.az » İdman » “Qarabağ” “Linkoln”a qarşı

reklam

“Qarabağ” “Linkoln”a qarşı

















Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək. Matç saat 20:00-da başlanacaq. Bu komandaların ilk qarşılaşması Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, mərhələ adlayacaq tərəf III təsnifat mərhələsində “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki cütün məğlubları isə Avropa Liqasında münasibətlərinə aydınlıq gətirəcəklər.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq”)

Baş hakim: Yakob Sandberq (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu




Paylaş:


Müəllif : Tarix:
30-07-2024, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər