reklam
Regionxeberlericom.az » İdman » “Qarabağ“ darmadağınla “Linkoln“a qalib gəldi

reklam

“Qarabağ“ darmadağınla “Linkoln“a qalib gəldi
















"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstələyən "köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.




Paylaş:


Müəllif : Tarix:
30-07-2024, 22:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər