reklam
Regionxeberlericom.az » İdman » İdmançılar Paris 2024-dən narazıdır

reklam

İdmançılar Paris 2024-dən narazıdır

















İtaliyalı üzgüçü Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitindən şikayətlənib.

Bu barədə  yerli “La Repubblica” nəşri yazır.

O, ilk növbədə kondisionerin olmamasını tənqid edib: “Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Bu səbəbdən bir çox idmançılar çıxıb gedir. Bəzən yağış yağır, bəzən isti, bəzən soyuq olur, pis yatırıq və pis qidalanırıq. Bütün bunlar yorğunluğa səbəb olur”.

Qeyd edək ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər. Hətta atletlərin əksəriyyəti Olimpiya kəndindəki binaların otaqlarındakı yataqların narahat olmasını dilə gətiriblər.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.




Paylaş:


Müəllif : Tarix:
2-08-2024, 21:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər