reklam
Regionxeberlericom.az » İdman » “Belə hallar təkrarlansa...” - Qurbanovdan xəbərdarlıq

reklam

“Belə hallar təkrarlansa...” - Qurbanovdan xəbərdarlıq



















“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

O, 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram.

Əfsuslar olsun ki, “Sumqayıt” mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar.

İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq. Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.

Elvin Cəfərquliyev ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Kartlara gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq”.





Paylaş:


Müəllif : Tarix:
2-08-2024, 23:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər