reklam
Regionxeberlericom.az » İdman » Qaşım Maqomedov gümüş medal qazandı - Yenilənib

reklam

Qaşım Maqomedov gümüş medal qazandı - Yenilənib



















Paris-2024 Yay Olimpiya Oyunlarında taekvando yarışlarına start verilib.

Azərbaycan idmançısı Qaşım Maqomedov ilk döyüşünə çıxıb. 

58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. 

Q.Maqomedov qələbə qazanaraq 1/4 finala çıxıb. 

***

Təmsilçimiz 1/4 finalda ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:32-də başlayacaq.

***

Qaşım Maqomedov 1/4 finalda Adrian Visenteyə qalib gələrək yarımfinala çıxıb.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib. 

İdmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb. Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının final mərhələsində Cənubi koreya təmsilçisi Park Taejoona uduzaraq gümüş medala sahib çıxdı.





Paylaş:


Müəllif : Tarix:
8-08-2024, 00:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər