reklam
Regionxeberlericom.az » İdman » Messi milliyə çağırılmadı - Foto

reklam

Messi milliyə çağırılmadı - Foto


















ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Argentina millisinə çağırılmayıb.

Bu barədə Argentina Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.

Belə ki, 2026-cı il dünya çempionatının seçmə oyunları üçün yekun ərizə təqdim edilib və Messi bu siyahıda yer almayıb.

Ümumilikdə ərizəyə 28 futbolçu daxil edilib. Beləliklə, forvard 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək.

Bildirilir ki, forvard Amerika Kubokunun final matçında Kolumbiya ilə oyunda zədələndikdən sonra sağalmayıb.

Qeyd edək ki, siyahıda Anxel Di Mariya da yer almayıb.

Xatırladaq ki, 37 yaşlı Messi karyerası ərzində milli komanda ilə birlikdə Dünya Çempionatının (2022), eləcə də iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub.





Paylaş:


Müəllif : Tarix:
20-08-2024, 09:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər