reklam
Regionxeberlericom.az » İdman » Daha 5 idmançımız mübarizəyə başlayır

reklam

Daha 5 idmançımız mübarizəyə başlayır

















Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 5 idmançısı mübarizəyə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, ilk olaraq paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.

Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.

Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.

Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.

Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.




Paylaş:


Müəllif : Tarix:
4-09-2024, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər