reklam
Regionxeberlericom.az » İdman » Mahir Emreli debüt matçında “fərqləndi”

reklam

Mahir Emreli debüt matçında “fərqləndi”


















Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında debüt edib.  

27 yaşlı hücumçu yeni komandası “Nürnberq”in heyətində bu gün “Herta”ya qarşı ev matçında meydana çıxıb. O, 6-cı turun bu görüşündə ehtiyatda yer alsa da, 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub. 

Lakin onun ilk matçı uğurlu alınmayıb. M.Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, “Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur. “Herta” isə bu qələbə sayəsində xalını 10-a çatdırmaqla 7-ci pilləyə yüksəlib.




Paylaş:


Müəllif : Tarix:
21-09-2024, 20:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər