reklam
Regionxeberlericom.az » İdman » “Real” Mbappeyə görə iclas keçirdi - Təcavüz qalmaqalı ilə bağlı

reklam

“Real” Mbappeyə görə iclas keçirdi - Təcavüz qalmaqalı ilə bağlı


















“Real Madrid” rəhbərliyi komandanın hücumçusu Kilian Mbappe ətrafında yaranmış qalmaqallı vəziyyətlə bağlı təcili iclas keçirib.

Bu barədə insayder Romen Molina məlumat yayıb.

Onun sözlərinə görə, “kral klubu”nun rəhbərliyi hücumçu ilə bağlı vəziyyəti müzakirə edib.

AFP nəşrinin məlumatına görə isə, Madrid klubun fransalı hücumçusunu Stokholma səfəri zamanı yaranmış təcavüz iddiaları fonunda dəstəkləyir.

“Real” Mbappe ilə bağlı vəziyyəti idman tarixinin ən böyük saxtakarlığı adlandırıb.

İspaniya nəhəngi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, ulduz futbolçusu İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 08:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər