reklam
Regionxeberlericom.az » İdman » Milli komandamızın üzvləri oteli "yandırdı": AFFA cərimələndi - ŞOK OLAY

reklam

Milli komandamızın üzvləri oteli "yandırdı": AFFA cərimələndi - ŞOK OLAY


Milli komandamızın üzvləri oteli "yandırdı"ğı üçün AFFA cərimələnib.

regionxeberlericom.az sportfm.az-a istinadən xəbər verir ki, gənclərimiz, Azərbaycan futbolunun gələcəyi sayılan oyunçular, Çexiyada ayaqları top tutmamaqla yanaşı, başqa "qəhramanlığa" da imza atıblar. Belə ki, etibarlı mənbədən verilən məlumata görə, milli komandamızın məskunlaşdığı otel AFFA-nı cərimələyib. Özüdə bilirsiz nə üstündə? - futbolçuların siqaret çəkərək qaldıqları otaqlara ziyan vurmasına görə! Milli komandanın, peşəkar və ən əsası 17-18 yaşı olan futbolçuların siqaret çəkdiyinə görə! Hadisədən hiddətlənən otel rəhbərliyi təcili şəkildə federasiyasının işçilərinə durumla bağlı xəbər verib. Milli komandamızın inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərtilə yanaşı, məsələnin mətbuata sızdırılmaması üçün xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların "sutoçnı"sından çıxıb. Təbii ki, bu da sirr kimi hamıdan gizli saxlanılıb. Bununla da məsələ yerindəcə operativ şəkildə "həll edilərək", bir daş altda, bir daş üstdə qoyulub. Bu özbaşnalığı ictimaiyyətdən gizlədənlər bilmirlər ki, bu hadisə birbaşa Azərbaycanın nüfuzuna vurulan zərbədir. Belə görünür ki, uzun illərdir xarici səfərlərə yollanan millilərimizin çox belə "şücaət"ləri olub, sadəcə hər dəfə AFFA rəhbərliyi həmin hadisələri "quyunun dibinə" atmağı bacarıb.


Paylaş:


Müəllif : Tarix:
23-10-2019, 12:40
Sikayət   


loading...
Загрузка...