reklam
Regionxeberlericom.az » İdman » Millimizin futbolçusu Almaniya klubunun tarixinə düşdü

reklam

Millimizin futbolçusu Almaniya klubunun tarixinə düşdü


Milli komandamızın futbolçusu Dmitri Nəzərov Almaniyanın “Ertsqebirqe” klubunun tarixinə düşüb.

regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandasının heyətində penaltidən ən çox qol vuran futbolçu adına yiyələnib.

2-ci Bundesliqanın son turunda “Ertsqebirqe”nin “Nürnberq” üzərində 4:3 hesablı qələbəsində bir qolla pay sahibi olan Nəzərov komandasının heyətində 11-ci dəfə penaltidən fərqlənib. 12 belə imkan qazanan futbolçu yalnız bir dəfə imkanı qaçırıb.

Bununla da Nəzərov 2003-2008-ci illərdə penaltidən 10 qol vuran Yorq Emerixin rekordunu yeniləyib. Azərbaycan yığmasının futbolçusu rekord vurmasına münasibət bildirib:

“Klub tarixinin rekorduna imza atdığım üçün şadam. Oyundan sonra ünvanımıza deyiləcək xoş sözlər üçün darıxmışdım. Qarşılaşmanın ilk yarısında cərimə meydanında təhlükəli vəziyyətlər az idi. Oyunun sonluğu inanılmaz oldu. Penalti epizoduna gəlincə, hakimin orada düzgün qərar verib-verməməyini deyə bilmərəm”.

Qeyd edək ki, Dmitri Nəzərov 62-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı 1:1 edib.


Paylaş:


Müəllif : Tarix:
23-10-2019, 12:47
Sikayət   


loading...
Загрузка...