reklam
Regionxeberlericom.az » İdman » Güləşçimiz ermənini məğlub edib dünya üçüncüsü oldu

reklam

Güləşçimiz ermənini məğlub edib dünya üçüncüsü oldu


Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından daxil olan məlumata görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.
Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.


Paylaş:


Müəllif : Tarix:
3-11-2019, 00:22
Sikayət   


loading...
Загрузка...