“Millini lezbiyanlığa biz sövq etmişik?” – PFL prezidentinə sərt cavab
Dünən keçirilən Azərbaycan Kubokunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev futbolumuzun bugünkü durumda olmasında jurnalistləri günahlandırıb. "Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək", – deyə R.Musayev çempionatımıza sponsor tapılmamasından gileylənib.
Ramin Musayev fikirlərində nə qədər haqlıdır, həqiqətənmi Azərbaycan futbolunun bugünkü vəziyyətində günah payı mediadadır?
Bu barədə idman jurnalistləri arasında sorğu keçirdik. “Yeni Sabah”a danışan idman yazarlarımız Ramin Musayevlə razı olmadıqlarını bildirdilər və onu bu fikirlərinə görə, tənqid atəşinə tutdular. Eyni zamanda, onun fikirlərinini düzgün çatdırmadığını və sözlərində ciddiyyətin olmadığını söyləyənlər də oldu.
Əli Sahib (Fanat.az, baş redaktor)
“Ramin Musayev fikirini əsaslandırsaydı daha yaxşı olardı. Qapalı və min yerə yozulacaq fikir səsləndirib. Əvvəla, onu deyim ki, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start veriləndə Azərbaycan çempionatında 14 komanda vardı, əksəriyyəti də bölgə təmsilçiləri idi. Dövlət proqramı artıq 4 ildi bitib, 8 komanda qalıb, 6-sı Bakı, 1-i Sumqayıt, 1-i də Qəbələ təmsilçisi. Futbolun inkişafı üçün ayrılan pulları jurnalistlər yeyib, Ramin Musayevlə Elxan Məmmədov dayanıb baxıb?
Yaxşı olardı ki, futbolumuzun bərbad idarəçiliyindən danışsın. PFL-dən bir mərtəbə üstə oturan "kiçik qardaş"ının "oyun"larından danışsın. Nə etmişik? MMC-lər yaradıb ot örtüyü monopoliyasını ələ almışıq, turizim agentliyi yaradıb millilərin, klubların təlim məşq toplanışlarından, uçuş biletlərindən "otkat"lar almışıq? Nə etmişik? Forma satırıq, top satırıq, AFFA-nın loqosu üçün tender elan edib, sonradan loqonu atamıza çəkdirmişik? Bəlkə, rüşvət üstündə futbolumuzdan qovulanları yenidən bizim təzyiqimizlə futbola qaytarıblar? Bəlkə, qadınlardan ibarət Milli yığma komandanı lezbiyanlıq üstündə dağıdıb, əvəzində yaranan millini yenidən lezbiyanlığa biz sövq etmişik? Bəlkə, "Kəpəz" klubundakı "otkat", Mikayıl Nərimanoğlu vasitəsi ilə jurnalistlərə gedirdi deyə, belə deyib Ramin müəllim. Ona görə dedim ki, qapalı danışıb. Açıq danışsın, min yerə yozulmasın”.
Elnur Salahov (Sportinfo.az, müxbir)
“Ramin Musayevin fikirləri ilə razı deyiləm. PFL prezidenti iddia edir ki, Premyer Liqanın sponsorsuz qalması idman jurnalistlərinin günahıdır. Ramin müəllim yəqin ki, tənqidlərin çoxluğunu nəzərdə tutur. Mənə görə isə bu məsələdə ən az günahı olan mediadır. Təbii ki, söhbət əsl jurnalistlərlərdən, şəxsi maraqları yox, futbolun inkişafı üçün tənqid yazanlardan gedir. Bu gün çempionatın mərkəzi oyununu stadiondan ən yaxşı halda cəmi 1000 nəfər azarkeş izləyirsə, bu cür yarışa sponsorluq etməyə hansı şirkət yaxın durar? Sponsor boşuna pul xərcləmir ki. Onun da məqsədi vəsait qoyub, gəlir götürməkdir. Dünənki mətbuat konfransında Ramin Musayev özü də etiraf edib ki, Azərbaycanda danışılmış oyunlar var, bununla bağlı UEFA-dan məktub da gəlib. Məncə, səbəbləri bu və bunun kimi digər məsələlərdə axtarmaq lazımdır. Jurnalistin işi gördüyünü yazmaq, futbolu təbliğ, lazım olanda isə tənqid etməkdir”.
Vüsal Mahmudov (Futbolinfo.az, baş redaktor)
“Düzü, PFL prezidentinin fikrini düzgün ifadə etmədiyini düşünürəm. Tədbirdə idim və əslində o, başqa söz demək istəyirdi, fikrini çatdırmağı bacarmadı. Bəlkə də elə ürəyindən keçəni dilə gətirdi. Elədirsə, Ramin müəllimin belə deməyə bəlkə də haqqı var. Jurnalistlər günahkardır - ona görə ki, Musayev hələ də futboldadır”.
Amal Abuşov (Sport7.az, baş redaktor)
“Güman edirəm ki, Ramin Musayev əksər hallarda olduğu kimi, bizimlə zarafat edib. Ya da ki, bizə ərki çatıb, "güllənin qabağına" bizi çıxarıb. Futbolumuzun anasını ağladanlar elə həmin o "boz bina"da otururlar, dəfələrlə adlarını da çəkmişik”.
Ceyhun Əliyev (Sport24.az, baş redaktor)
“Məncə, zarafat edirdi. Hər halda, Musayev uzun illərdir ki, futbol təsərrüfatında çalışır və bilir ki, jurnalist fikri ilə nə sponsor gəlir, nə də sponsor qaçırılır. Məsələn, 100 yazı çıxsın ki, Musayev işdən kənarlaşdırılmalıdır. Bunula o, vəzifəsindən azad ediləcək? İstənilən fiziki/hüquqi şəxs hər addımını ölçüb-biçir və uyğun bildiyi qərarı verir. Təhlil vaxtı mediaya boylanması isə uzağı 1 faiz fikrinə təsir göstərə bilər. Bütün bunları PFL prezidenti də gözəl bilir. Media ancaq kiçik məsələlərdə hansısa təsir gücünə malikdir, nə qədər acınacaqlı olsa da, bu, faktdır. Onun sponsorun qaçması ilə bağlı toxunduğu məsələyə gəlincə, burda hər şey sadədir: mərc oyunları ilə məşğul olan xarici şirkətə Azərbaycanda fəaliyyət göstərmək qadağandır. Normal bir şeydir ki, PFL prezidentinə də bu məsələ izah olunub. Bir daha təkrar edirəm, məncə Musayev zarafat edib. Sadəcə, bu, bir qədər başqa istiqamətə yozulub”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-11-2019, 14:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-11-2019, 14:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09