reklam
Regionxeberlericom.az » İdman » Azərbaycanlı gimnast beynəlxalq turnirdə qızıl medal qazandı

reklam

Azərbaycanlı gimnast beynəlxalq turnirdə qızıl medal qazandı


Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə X beynəlxalq “Yeni il” kuboku keçirilib.

Turnirdə Macarıstan, Azərbaycan, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya və İrlandiyanın təmsil olunduğu 21 klubdan 400-ə yaxın gimnast iştirak edib.

Oxu.Az-ın xəbərinə görə, 9 yaşlı gimnastlar arasında Azərbaycanı təmsil edən Mina Abbasova birinci yeri tutub və bununla da bir ay ərzində dördüncü medalını qazanıb.

Ümumilikdə, Budapeştdə qazandığı qızıl medal onun sayca 39-cu medalıdır, Mina indiyə qədər 15 qızıl, 20 gümüş, 4 bürünc medala sahib olub.

Azərbaycanı turnirdə Mina Abbasova ilə yanaşı, “Gym Kids” klubunun idmançıları da təmsil ediblər. Azərbaycan gimnastları Fatimə Əlizadə (7 yaş), Aybəniz Qafarova (5 yaş), Samirə Rzayeva (5 yaş), Daniela Səfərova (9 yaş) öz yaş kateqoriyalarında ən yaxşı olublar.

Məryəm Novruzova (6 yaş), Məryəm Baloğlanova (7 yaş) və Alina Haşımova (9 yaş) gümüş mükafatlar qazanıblar.


Paylaş:


Müəllif : Tarix:
3-12-2019, 15:23
Sikayət   


loading...
Загрузка...