Yay Olimpiya Oyunlarının əsas stadionu açıldı - Video

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının əsas stadionunun açılışı olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Arenanın açılışı Yaponiyanın Baş Naziri Sindzo Abe və bir neçə rəsmi şəxsin iştirakı ilə keçib. Stadionda ilk ictimai tədbir dekabrın 21-də keçiriləcək. Yanvarın 1-də orada futbol üzrə Yaponiya Kubokunun finalı baş tutacaq.
Olimpiya stadionu üç il ərzində titilib. 1,44 milyard dollarlıq tikilinin memarı Kenqo Kumadır. 68 min tamaşaçı üçün nəzərdə tutulan stadionda Olimpiadanın açılış və bağlanış mərasimləri, eləcə də futbol və yüngül atletika üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul – 9 avqust tarixlərində keçiriləcək. Güman olunur ki, yarışların keçirilməsinə 18 milyard dollara yaxın pul xərclənəcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-12-2019, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-12-2019, 08:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT