Azərbaycanda dopinqdən istifadə edən idmançılar: qayda pozuntuları hansılardır? - RƏSMİ
Ümumdünya Antidopinq Agentliyinin (WADA) rusiyalı idmançıları 4 il müddətində Olimpiada, Paralimpiada və dünya çempionatlarında öz bayraqları altında yarışmaq hüququndan məhrum etməsi barədə məlumat vermişdik.
Maraqlıdır, Azərbaycanda antidopinq qayda pozuntusu nələr sayılır? Bu qayda pozuntusuna yol verən idmançıları hansı cəza gözləyir?
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Lent.az -a bildirilib ki, qurum 2016-cı ildə idmanda dopinqə qarşı mübarizə aparan milli antidopinq agentliyi kimi təsis edilib və agentliyin missiyasının hüquqi əsasını Azərbaycan Prezidentinin imzaladığı və onun müvafiq fərmanı ilə qüvvəyə minmiş “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir:
“AMADA nəticələrin emal olunmasından və müvafiq dinləmələrin ağlabatan müddətdə keçirilməsinə məsuldur. AMADA test nəticələri ilə bağlı idmançılara bildiriş göndərir və hər hansı potensial antidopinq qayda pozuntusunu təqib edir. Nəticələrin emal prosesi təmiz idmançıların hüquqlarını qorumaq və dopinq istifadə edən qeyri-dürüst idmançıların məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulub. AMADA Antidopinq Qaydalarına və Ümumdünya Antidopinq Məcəlləsinə əsaslanaraq şəffaf və ədalət prinsipinə uyğun şəkildə nəticələrin emalı prosesini idarə edir”.
Qurum qayda pozuntularına səbəb olacaq müddəaları da açıqlayıb:
“- İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu,
- İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan İstifadə yaxud istifadə cəhdi,
- Nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmək,
- İdmançının məkan məlumatını təmin edə bilməməsi,
- Dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi,
- Qadağan edilmiş maddəyə və ya qadağan edilmiş üsula sahiblik,
- Hər hansı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulun dövriyyəsi və ya dövriyyə edilməsinə cəhd,
- Hər hansı yarışma müddətində olan idmançıya hər hansı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulu tətbiq etmək və ya tətbiq etmək cəhdi və ya hər hansı yarışmadan kənar müddətdə idmançıya hər hansı qadağan edilmiş maddə və ya qadağan edilmiş üsulun yarışmadan kənar müddətdə qadağan olunmasına baxmayaraq tətbiq etmək və ya tətbiq etmək cəhdi,
- Antidopinq qayda pozuntusu ilə əlaqədar yardım, dəstək, təhrik, sövq etmə, gizlətmə və ya digər hər hansı növə bilərəkdən əlbirlik etmək,
- Qadağan edilmiş əməkdaşlıq”.
AMADA-dan həmçinin bildirilib ki, hazırda dopinqdən istifadə edən 34 idmançının fəaliyyətinə qoyulan sanksiya davam edilir:
“Onların arasında 10 idman növünün idmançıları var. 34 idmançıya tətbiq edilən sanksiyadan 11-i güləş (Cəlal Süleymanov, Umar İsrailov, Azər Hüseynov, Cavid Feyziyev, Təbriz Yusubzadə, Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə, Sübhan Muradov), 5-i ağır atletika (Orxan Zeynalov, Emin Qocayev, Rəcəb Mustafayev, Rövşən Fətullayev, Cəbrayıl Abzərli), 4-ü bodibildinq (Mürsəl Kərimov, Adil Rzayev, Fövqi Əfəndiyev, Kənan Cəlilov), 4-ü boks (Mirqadir Miriyev, Ağalar Sadıqzadə, Fərid Qasımzadə, Elvin Qənbərov), 3-ü velosiped (Kirill Pozdnyakov), Mustafayev Qadir, Ramazan Əliyev), 2-si cüdo (Aliyə Müslümova, Maqomed Rizvanov), 2-si voleybol (İftixar Abdullayev, Sabina Saviç) digərləri isə atletika (Zaman Piriverdiyev), taekvando (Ülvi Mustafayev) və həndbol (Səbinə Nuriyeva) üzrə idman növlərinin idmançılarıdır”.
Qeyd edək ki, sözügedən idmançıların fəaliyyətinə maksimum 48 aylıq, minimum isə 24 aylıq diskvalifikasiya tətbiq edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 15:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09