reklam
Regionxeberlericom.az » İdman » Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib

reklam

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib


Azərbaycanın iki idmançısına Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.

regionxeberlericom.az-un Oxu.Az-a istinadən məlumatına görə, onlar kikboksçular – Eduard Məmmədov və Pərviz Abdullayevdir.

“Ağ Canavar” ləqəbli Eduard Məmmədov təklifdən imtina etdiyini bildirib:

“Dövlət işində çalışdığım üçün şouda iştirak edə bilməyəcəyimi bildirdim. Çünki bir neçə gün Azərbaycandan kənarda qalmaq tələb olunur. Daxili İşlər Nazirliyinin zabitiyəm. İşimlə əlaqədar alınmadığı üçün təklifdən imtina etdim”.

“Kobra” ləqəbli Pərviz Abdullayev isə hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib. Əldə etdiyimiz məlumata görə, artıq sabah Pərviz iştirakçılarla birgə yarışın keçiriləcəyi Dominikana yola düşəcək.

Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.


Paylaş:


Müəllif : Tarix:
8-02-2020, 12:29
Sikayət   


loading...
Загрузка...