reklam
Regionxeberlericom.az » İdman » 25 yaşlı futbolçu millimizdən imtina etdi

reklam

25 yaşlı futbolçu millimizdən imtina etdi


“Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü David Qarayev deyib.

“Kamaz” klubunun formasını geyinən və Moskva MOİK-ində baxışda olan 25 yaşlı hücumçu Rusiya mətbuatına müsahibəsində Azərbaycan millisinə dəvət aldığı dönəmi xatırlayıb. O, eyni zamanda artıq vətəndaşlığını dəyişdiyini və hazırda Rusiyada legioner sayılmadığını vurğulayıb: “AFFA prezidenti mənə zəng vuraraq demişdi ki, 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda qururlar. Həmin vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Yalnız Rusiya vətəndaşlığını istəyirəm. Belədə mənə daha asan olur. Belə vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 12:00
Sikayət   


loading...
Загрузка...