reklam
Regionxeberlericom.az » İdman » Azərbaycanlı idmançı rəqibi zədələdi, döyüş baş tutmamış hesab edildi

reklam

Azərbaycanlı idmançı rəqibi zədələdi, döyüş baş tutmamış hesab edildi


Moldovanın paytaxtı Kişinyovda “Eagles Next Level” MMA yarışı keçirilib.

regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, bu yarışda iştirak edən üç MMA döyüşçümüzdən heç birinə qələbə qazanmaq qismət olmayıb.

Gecənin 52 kq çəki dərəcəsində yeganə qadınlardan ibarət döyüşündə yerli idmançı Donna Kel azərbaycanlı Tünzalə İmanlını ikinci raundda məğlub edib. Bunun üçün 2:09 dəqiqə kifayət edib.

Ağır çəkidə Elçin Hüseynov daha təcrübəli olan özbəkistanlı Müzəffər Rəcəbovla qarşılaşıb. Lakin rəqibin təcrübəsi öz sözünü deyib və Elçin parterdə uduzub.

Ən maraqlı görüşlərdən biri 57 kq çəki dərəcəsində olub. Mehman Məmmədov əfqanıstanlı Nurəddin Həzrətlə görüşdə rəqibin qasıq nahiyəsindən vurub. Nəticədə, rəqib döyüşü davam etdirə bilməyəcəyini deyib. Bu səbəbdən döyüş baş tutmamış sayılıb.


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 13:06
Sikayət   


loading...
Загрузка...