Rusiyalı idmançıda koronavirus aşkarlandı

Rusiyalı velosipedçi, "Qazprom-RusVelo" komandasının üzvü Dmitri Straxova koronavirus diaqnozu qoyulub.
"Report" xəbər verir ki, bu barədə komandanın rəsmi "İnstagram" səhifəsində məlumat paylaşılıb. İdmançı artıq xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, çoxgünlük "Birləşmiş Ərəb Əmirliklər turu" yarışı üçün Abu-Dabidə olan komanda üzvlərinin üçündən koronavirus testi götürülüb və yalnız Straxovun analizi müsbət nəticə verib.
Bu barədə danışan idmançı 5-ci testdən sonra koronavirusa yoluxduğu barədə ona məlumat verildiyini bildirib: "Xəstəxanaya getməli olduğumu dedilər. Analizin nəticələrini görməmişəm. Orada əlavə test götürdülər və söz verdilər ki, nəticələri yaxın vaxtlarda mənə də deyəcəklər. Özümü normal hiss edirəm. Bütün təhlükəsizlik tədbirlərinə əməl etmişəm. Ümid edirəm ki, hər şey tezliklə həllini tapacaq".
Qeyd edək ki, çoxgünlük "Birləşmiş Ərəb Əmirliklər turu" yarışının ilk iki mərhələsi koronavirusa görə təxirə salınıb. Dmitri Straxov bu ildən "Qazprom-RusVelo" komandasında çıxış edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-03-2020, 15:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-03-2020, 15:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT