reklam
Regionxeberlericom.az » İdman » Azərbaycanlı əsilli futbolçu ilk dəfə boks döyüşünə çıxacaq

reklam

Azərbaycanlı əsilli futbolçu ilk dəfə boks döyüşünə çıxacaq


Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev öz gücünü boksda yoxlamağa qərar verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi "Döyüş" layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyukla döyüşəcək. Döyüşün reqlamenti 2 dəqiqəlik 3 raunddan ibarətdir. Döyüş mayın 29-da baş tutacaq.

Əliyev Kiyev "Dinamo”sunda çıxışı ilə məşhurdur. O, 2005-ci ildən 2010-cu ilə qədər, habelə 2011-ci ildən 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. Aleksandr həmçinin iki mövsüm Rusiya klublarında da oynayıb. O, "Lokomotiv" və "Anjı"də çıxış edib.

Əliyev peşəkar karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu Kiyev əyalətinin Boyarka qəsəbəsinin "İnter"i olub.

A.Əliyev Kiyev "Dinamo”sunun heyətində iki dəfə Ukrayna çempionu olub və bir dəfə ölkə kubokunu udub.

Bundan əvvəl Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu bildirib ki, paytaxt meri olmaq istəyir.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 09:16
Sikayət   


loading...
Загрузка...