“Dünyanın ən yaxşısı” – Tanımadığımız azərbaycanlı futbolçu
“Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Avropa futbolunun ən məşhur simalarından biridir. Aleksandr Əliyevdən danışırıq.
Aleksandr Əliyev – ukraynalı keçmiş futbolçu, məşqçi, Ukraynanın beynəlxalq dərəcəli idman ustası. Həm hücum, həm də yarımmüdafiə mövqeyində oynayıb.
Ailə ağacı
Aleksandr Əliyev 1985-ci il fevralın 3-də Ukraynanın Xabarovsk şəhərində doğulub. Hərbi pilot olan atasının gənclik illərində qısa müddət davam edən futbol karyerası da var. Müsahibələrinin birində jurnalist Əliyevdən milliyyəti barədə sual verəndə belə cavab verir:
“Atamla ailə ağacı haqda danışdım. Atam atasının, yəni babamın azərbaycanlı olduğunu dedi”.
Əliyevdə futbolçu perspektivləri görünəndə bunu yüksək səviyyəyə çatdırmaq üçün Xabarovskın o qədər də ideal yer olmadığı deyildi və Moskvaya getmək qərarı verildi. Bunun təşəbbüskarı atası idi. Əliyev atasını ilk məşqçisi hesab edir. O, təxminən bir ilini Kurskda keçirdi. Yerli gənclər komandasında oynadı. Sonra “Oryol”a dəvət olundu. Bu dövrdə bir ili Moskvanın ”Spartak” məktəbindən keçdi. Əliyev demək olar ki, ümumtəhsil məktəbində oxumayıb, amma Kiyevdə sertifikat alıb.
“Dinamo”da (Kiyev)
1999-cu ildə Pavel Yakovenko ”Dinamo Futbol Akademiyası – 1985” layihəsini həyata keçirdi. Buna əsasən, keçmiş SSRİ məkanından 1985-ci il təvəllüdlü ən istedadlı oyunçuları “Dinamo” klubunun (Kiyev) akademiyası üçün seçməli idi. Həmin il Moskva ”Spartak”ından Kiyev “Dinamo”suna Valeri Taranuxinin sayəsində 1985-ci il təvəllüdlü 8 oyunçu gətirildi - Andrey Proşin, Aleksandr Sıtnik, Sergey Puşkov, Denis Adleyba, Yevgeni Taranuxin, Aleksey Proxorov, Leonid Musin və Aleksandr Əliyev.
Əliyev “Dinamo”nun ehtiyat heyətində 2002-ci ildən çıxış etməyə başladı. Elə həmin il Ukrayna çempionatında debüt etdi, bu turnirdə oynayan ən gənc “Dinamo” oyunçusu oldu. 2005/06 mövsümündə “Metallurq”a icarəyə verildi.
“Dünyanın ən pis baş məşqçisi”
2008-ci ilin yazında hücumçu-yarımmüdafiəçi mövqeyində Kiyev “Dinamo”sunun əsas komandasında bir neçə uğurlu oyun keçirdi. Oyunçuya inamı 2008-ci ilin əvvəlində komandaya gələn yeni baş məşqçi Yuri Semin təmin etdi. Bundan əvvəl Əliyev əsas komandada nadir hallarda Premyer Liqada oynasa da, ikinci komandada yüzdən çox matç oynamış və yüzdən çox qol vurmuşdu.
2008-ci ilin mayında “Şaxtyor” və “Dinamo” komandaları arasında Ukrayna Kuboku uğrunda oyun Əliyev üçün sonuncu oldu. Start heyətində meydana çıxsa da, tez əvəz edilmişdi. Baş məşqçi mətbuat konfransında Əliyevin rejimi pozduğunu söylədi. Lakin 2008/09 mövsümünün başlamazdan əvvəl Əliyev yay təlim-məşq toplanışı zamanı əsas komandaya qaytarıldı. Əliyev mövsümün ilk yarısını çox inamla keçirdi, qış fasiləsinə gedən komandanın liderlərindən biri idi, çempionatda birinci yerdə qərarlaşmışdı, 15 oyunda 6 qol vurmuşdu. 2009-cu ilin martında klub Əliyevlə müqaviləni 2011-ci ilin sonuna qədər uzatdı. Növbəti mövsümdə Əliyev çox məşq etsə də, nadir hallarda əsas komandaya daxil oldu. “Dinamo”nun yeni baş məşqçisi Valeri Qazzayev oyunçuya şans vermədi. Bundan sonra Əliyev klubu tərk etmək qərarına gəldi. Əliyevə görə, “dünyanın ən pis baş məşçisi” Qazzayevdir.
“Lokomotiv” (Moskva)
2010-cu il fevralın 1-də Aleksandr Əliyev Moskva “Lokomotiv”i ilə üç illik müqavilə imzaladı. Moskva klubu bu transferə görə Kiyev “Dinamo”suna 8 milyon avro xərclədi. Əliyevin yeni klubundakı debüt oyunları uğurlu oldu. İlk oyununu “Rubin”ə qarşı keçirən Əliyev növbəti matçda “Krılya Sovetov”un qapısına vurulan 3 cavabsız qoldan ikisinin müəllifi oldu. Bu dönəmlərdə Əliyev əsasən sərbəst vuruşlardan ard-arda qollar vurmağa başladı. “Sibir” lə matçda penaltidən dubl etdi. Təəccüblü deyil ki, tezliklə “Lokomotiv” azarkeşlərinin əsas favoritlərindən birinə çevrildi. Yuri Semin müsahibələrində Əliyevin “dünyanın ən yaxşı sərbəst vuruş ifaçısı” olduğunu iddia etdi.
Yenidən “Dinamo”da
Aleksandr Əliyev 2011-ci ildə yenidən Kiyev “Dinamo”suna qayıtdı. Üç illik müqavilə imzaladı. 2011-ci ilin ilk yarısında Əliyev əsas oyunçu kimi meydana çıxa bilmədi. 2011-ci ilin ikinci yarısında Əliyevin işi bir az daha yaxşı getdi, lakin ümumilikdə oyunçu üçün il uğursuz oldu. Bunun səbəbi onun formada olmamaması, “Lokomotiv”dəki münaqişələrə görə, uzun müddət oynaya bilməməsi idi. Həmin dövrdə Fransanın “Evan” klubundan gələn təklifi qəbul etmədi.
“Dnepr”də (Dnepropetrovsk)
2012-ci ilin yazında “Dnepr”ə icarəyə verildi. “Tavriya” ilə matçda (3:1) debüt etdi. “Metallurq”la matçda cərimə meydançasından ilk qolunu vurdu. Bu matç 4 cavabsız qolla Əliyevin komandasının xeyrinə başa çatdı. İlin son matçından sonra klubun baş məşqçisi Stetsenko Əliyevin icarə müqaviləsinin bitdiyini, “baş məşqçini bəyənmədiyini” söylədi və Əliyev “Dinamo”ya qayıtdı.
Karyeranın sonu
2014-cü il yanvarın 11-də Aleksandr Rusiyanın “Anji” klubuna keçdi. Avropa Liqasının 1/16 final matçında ”Genk”i məğlub edən qollardan birini vurdu, bu da çempionatın autsayderi olan “Anji”nin Avropa yarışlarında Rusiyanın sonuncu təmsilçisi kimi qalmasına imkan verdi. “Anji”nin aşağı liqaya yollanmasından sonra klubla yollarını ayırdı.
Aleksandr 2015-ci ildə “Rux”la müqavilə bağladı. Müqavilə yaza qədər qüvvədə idi. Həmin mövsüm də klubdan getdi. 2016-cı il iyunun 10-da “Taraz”la müqavilə imzaladı. Ancaq qışda komandadan ayrıldı.
Əliyev üçün son komandalar həvəskar “Katanzaro” və “İnter” (Boyarka) idi.
Məşqçi karyerası
Aleksandr Əliyev 2018-ci il martın 16-da “Xmelnitski” həvəskar klubunun baş məşqçisi oldu. Aprelin 30-da klubun heyətində həm baş məşqçi, həm də oyunçu kimi meydana çıxdı. Klub onun sayəsində qələbə qazandı. Həmən il bu klubdan da ayrıldı.
Ukrayna millisində
Ukraynanın gənclər və böyüklər komandalarında oynayıb. 2006-cı ildə 21 yaşadək millinin heyətində Avropa Çempionatında iştirak edib. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində əsas milliyə çağırış aldı. Həmin il mayın 25-də Ukraynanın heyətində Litvaya qarşı keçirdiyi ilk oyunda 2 qola imza atdı. Bu, onun millidə vurduğu ilk qollar idi.
Titulları
Kiyev “Dinamo”sunun heyətində:
2 dəfə Ukrayna çempionu, 2 dəfə Ukrayna çempionatının gümüş mükafatçısı, Ukrayna çempionatının bürünc medalçısı, Ukrayna kubokunun qalibi, 3 dəfə Ukrayna Super Kubokunun qalibi.
Ukrayna milli komandalarında:
Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, Gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı, Gənclər Dünya Kubokunun, Gənclər Avropa çempionatının final turnirlərinin iştirakçısı.
2008/09 mövsümündə Ukrayna çempionatının ən yaxşı futbolçusu
2010-cu ildə Rusiya çempionatının ən yaxşı oyunçusu. (Sportinfo.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2020, 16:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-05-2020, 16:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07