reklam
Regionxeberlericom.az » İdman » Azərbaycanlı döyüşçü Moskvadakı turnirdə rusiyalı kimi təqdim olunur - FOTOFAKT

reklam

Azərbaycanlı döyüşçü Moskvadakı turnirdə rusiyalı kimi təqdim olunur - FOTOFAKT



Sentyabrın 19-da Rusiyanın paytaxtı Moskvada MMA üzrə ACA (Absolute Championship Akhmat) təşkilatının növbəti turniri keçiriləcək.

regionxeberlericom.az-un Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, azərbaycanlı idmançı Tural Rəhimov ACA-111 turnirində tacikistanlı Bəhruz Zuxurovla qarşılaşacaq.

Döyüş yarımyüngül (65,9 kq) çəkidə baş tutacaq.

Maraqlıdır ki, təşkilatçılar “Dəmir Adam” adlandırılan Tural Rəhimovu Rusiya vətəndaşı kimi təqdim edib. Halbuki, o, Azərbaycanı təmsil edir və Rusiya ilə heç bir bağlılığı yoxdur. MMA üzrə statistikanı özündə əks etdirən məşhur “Sherdog” saytında isə Tural Azərbaycan vətəndaşı kimi təqdim olunur.



Qeyd edək ki, Tural Rəhimov bu təşkilatın yarımyüngül kateqoriyasında altıncı sıradadır. Onun aktivində 19 qələbə və beş məğlubiyyət var. O, son iki ACA turnirində qalib gəlib. Onun “Onq-Bak” ləqəbli rəqibi Bəhruz Zuxurovun 27 yaşı var. Zuxurov 14 qələbə qazanıb, üç dəfə oktaqonu məğlub tərk edib.


Paylaş:


Müəllif : Tarix:
10-09-2020, 18:00
Sikayət   


loading...
Загрузка...