reklam
Regionxeberlericom.az » İdman » Bakıda yelkənli qayıq yarışı keçiriləcək

reklam

Bakıda yelkənli qayıq yarışı keçiriləcək


Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə 9 – 11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019”) keçiriləcək.

Bu barədə məlumatı Yelkənli İdman Federasiyası Mətbuat Xidmətindən verilib.
Regattanın ilk mərhələsi 9 may 2019-cu ildə saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif ("Optimist”, "Laser-standard”, "Laser 4.7” "Laser-radial”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 11 – i yekun vurulacaq. Final günündə yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq:
"Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq.
Hər birinizi Baku Sailing Regatta-2019-da gözləyirik. Giriş sərbəstdir”.

Xatirladaq ki, Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur.


Paylaş:


Müəllif : Tarix:
6-05-2019, 16:36
Sikayət   


loading...
Загрузка...