reklam
Regionxeberlericom.az » İdman » “Qarabağ”ın qələbə sevinci - Fotolarda

reklam

“Qarabağ”ın qələbə sevinci - Fotolarda


Topaz Premyer Liqasında qızıl medalların sahibi “Qarabağ” oldu. Sonuncu turda səfərdə “Neftçi”ni 3-2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə çempionu adına yiyələndi. Yekunda 66 xal toplayan “köhlən atlar” ən yaxın izləyicisini 8 xal qabaqladı.
Oyundan sonra baş tutan mükafatlandırma mərasimində komandaya medalları AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər. Tədbirin sonunda “Qarabağ”ın futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıblar.
Qeyd edək ki, bu, ağdamlıların ümumilikdə 7-ci çempionluğudur.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:












 


Paylaş:


Müəllif : Tarix:
12-05-2019, 10:40
Sikayət   


loading...
Загрузка...