Millimizin daha iki aparıcı üzvü ilin ilk yarışına gedə bilməyəcək - SƏBƏB

Cüdo üzrə 2021-ci ilin ilk yarışı olacaq Masters turnirində Azərbaycan millisinin daha iki aparıcı üzvü iştirak edə bilməyəcək.
Bunlar son Avropa çempionatının mükafatçısı Məmmədəli Mehdiyev (-90 kq) və dünya çempionatının medalçısı gürcüstanlı legionerimiz Uşanqi Kokauridir (+100 kq).
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun Oxu.Az-a verdiyi informasiyaya görə, hər iki idmançının zədəsi olduğundan, son anda onların adları turnirin iştirakçılar siyahısından çıxarılıb.
Xatırladaq ki, daha əvvəl aparıcı üzvlərimizdən Rüstəm Orucov (-73 kq) və Hidayət Heydərovun (-81 kq) bu yarışa gedə bilməyəcəyi müəyyən olunmuşdu.
Qeyd edək ki, Olimpiadaya lisenziya xalları qazandıran Masters turniri Qətərin paytaxtı Dohada keçiriləcək.
11-13 yanvar tarixlərində baş tutacaq yarışda dörd kişi və üç qadın idmançısı mübarizə aparacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2021, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-01-2021, 11:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…