Azərbaycanlı idmançı 59 saat susuz qalıb: - Ölümdən qayıtdım
Bir neçə gün öncə "Elektra Events Hall"da ATEF GYM-ın təşkilatçılığı ilə bodybulding, klassik bodybulding, "Mens fizik" və bikini-fitnes üzrə açıq turnir keçirilib. Yarışda "Gömrükçü" İdman Klubunun təmsilçiləri Seymur Sadıqov gümüş, Orxan Kazımovski bürünc medal əldə ediblər.
Turnirlə bağlı fikirlərini Sputnik Azərbaycan-a bildirən 75 kilo çəki dərəcəsində gümüş medala layiq görülmüş Seymur Sadıqov deyib ki, Azərbaycan səhnəsində hər bir nailiyyəti əldə etdiyinə görə o, artıq özünü Avropa səhnəsində sınamaq fikrindədir:
"Bundan sonrakı məqsədim bayrağımızı xarici ölkələrdə ucaltmaqdır. Adətən mənim çəkim 90 kq olur. Yarışa isə 75 kq çəki dərəcəsində çıxıram. Ancaq çəkimi 90 kilodan 100 kiloya qaldıracağam ki, yarışlara 80-85 kiloda çıxım."
Sadıqov bildirib ki, turnirə hazırlıq ərəfəsində çox böyük çətinliklərdən keçməli olub: "Yarış üçün xüsusi məşqlərə 6 ay qalmış başladım. Bu müddət ərzində ancaq məşqə yox, yeməyə də diqqət ayırmalıyıq. Hər gün səhər 15 yumurta ağı, herkules, kəsmik yeyirdim. Günorta menyusunda isə 200 qram düyü, 150 qram toyuğun döş ətini yeyirdim. Axşamlar isə 200 qram balıq, kahı, xiyar, pomidor ilə qidalanırdım. Hər gün eyni qidaları yemək də başqa bir zülmdür. Meyvələrdən banan, armud şaftalı və üzüm yemək qəti olmaz. Ancaq kivi, alma, ananas və qreyfurt yemək olar."
S.Sadıqovun sözlərinə görə, yarışa bir neçə gün qalmış yeməyi tamamilə azaldıb, mayeni isə ümumiyyətlə qəbul etməyib. Bu isə onun vəziyyətini ağırlaşdırıb: "Hazırlıq zamanı qidalarla bağlı ölümdən qayıtdım. Bu yarışda 59 saat ərzində yediyim yemək ancaq 100 qram toyuğun döş əti idi. Hər 4 saatdan bir 100 qram qəbul edirdim. Su içmək isə qəti olmazdı".
Bütün bu çətinliklərə baxmayaraq, əsas olan nəticədir və idmançı da bu əziyyətin bəhrəsini görüb.
Qeyd edək ki, Seymur Sadıqov 2014-2015-ci illərdə bürünc medal qazanıb, 2016-cı ildə isə 4-cü olub. 2017-ci ildə gümüş, 2018-ci ildə qızıl medala yiyələnib. 2019-cu il martın 12-sində keçirilən ATEF GYM açıq turnirində bodybulding idman növü üzrə 75 kq çəki dərəcəsində 2-ci yerə çıxıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2019, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2019, 10:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16