Avropa çempionatında Azərbaycanı kubalı təmsil edəcək

Polşanın Torun şəhərində qapalı məkanda 5-7 mart tarixlərində keçiriləcək atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançının adı müəyyənləşib.
Xəbərə görə, Azərbaycan Avropa çempionatında yalnız atletikanın üçtəkanla tullanma növündə təmsil olunacaq.
Yeganə təmsilçimiz kubalı legioner Aleksis Kopelyo olacaq. Kubanı təmsil etdiyi vaxt Pan Amerikan Oyunlarının qalibi olmuş və dünya çempionatının bürünc mükafatçısı olmuş 35 yaşlı Kopelyo Polşada qitə birinciliyinin medalını qazanmağa çalışacaq. Bundan başqa, o, 17,14 metr və ya ondan daha çox məsafəyə tullanmaqla Olimpiadaya lisenziya qazanmağa çalışacaq.
Qeyd edək ki, Olimpiadaya vəsiqə qazanmış üçtəkanla tullanma üzrə atlet Nazim Babayev bu yarışda iştirak edə bilməyəcək. Analoji turnirin son qalibi ötən ay İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazansa da, zədələnib.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-03-2021, 13:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-03-2021, 13:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT