Tərlan Əhmədov futboldan gedir
"Neftçi" və "Keşlə" futbol komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədov futboldan getməyə hazırlaşır.
Bu barədə 50 yaşlı mütəxəssisin özü məlumat verib. O, özünü başqa sahədə sınamaq istədiyini bildirib: "Yalnız istirahətdəyəm, iş tapmağa çalışıram. Görürəm ki, futbola lazım deyiləm. Nəticə verdim, alınmadı, qane olmadılar. 2 dəfə axırıncı yerdə gedən komandanı ("Neftçi" və "Keşlə"ni - red.) 3-cü pilləyə çıxardım, dəyər verilmədi. Ona görə başqa sahədə çalışmaq istəyirəm. Nə vaxtadək oturub iş gözləyəcəyəm"?
Əhmədov hansı sahədə çalışacağını hələ müəyyənləşdirmədiyini söyləyib: "Artıq 10 aydır boş-bekar oturmuşam. Adıma o qədər söz-söhbət çıxardılar ki, hər şeydən bezdim. Mətbuatda hərə bir şey yazır ki, Tərlan filan işə görə qovuldu. Amma konkret səbəbini yazan yoxdur. Hər dəfə bir söz eşidib əsəbiləşirəm. İnsanı bir hadisəyə görə çıxararlar. Amma mənimlə bağlı min dənə söz deyirlər. Azərbaycanda hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Oyun, nəticə qalır kənarda, olmayan şeyi elə ictimailəşdirirlər ki, kənardan başqa cür görünür. Sonra da üzə durmaqla məşğul olan insanları elə öyrədirlər ki, adam özündən şübhələnir. Kimin sübutu varsa, gəlib desin. Ona görə düşünürəm ki, futboldan kənarlaşsam, daha yaxşı olar".
Mütəxəssis başqa peşəsinin olmadığını vurğulayıb: "Artıq 50 yaşım tamam olur. Bundan sonra gedib hansısa dövlət orqanında işləyə bilmərəm. Allah bir yol açar. Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, ali təhsil diplomum var. Amma başqa peşəm yoxdur".
Qeyd edək ki, Tərlan Əhmədov "Neftçi" və "Keşlə" ilə yanaşı, AZAL-da baş məşqçi, "Xəzər Lənkəran"da isə köməkçi-məşqçi kimi çalışıb. O, ötən ilin avqustunda "Keşlə"dən istefaya göndərilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2021, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2021, 19:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29