Güləş federasiyasından biabırçı qərar - Fotolar
Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb. “Qafqazinfo” xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.
Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.
Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb.
Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.
***
Azərbaycan Güləş Federasiyasının mətbuatı xidməti isə məsələyə belə cavab verib: “Hamıya məlum olduğu kimi, pandemiya səbəbindən 1 ildən çox idman zalları bağlı oldu. Bu müddət ərzində azyaşlı (15 yaşa qədər) yeniyetmə güləşçilərimiz məşqlərdə iştirak edə bilmədi. Heç bir idman cəmiyyəti və klub bu müddət ərzində fəaliyyət göstərməyib. Sərbəst güləş üzrə milli komandalarımızın əsasını bölgələrdən olan idmançılar təşkil edir. Zalların bağlı olması nəticəsində sərbəst güləş üzrə U-15 komandamız Avropa çempionatına hazırlaşa bilmədi. Ona görə də bu yarışda sərbəst güləş üzrə komandamız iştirak etmədi. Avropa çempionatında iştirak edən Yunan-Roma güləşçilərimiz isə 15-17 yaş qrupu üzrə yeniyetmələrdən ibarət yığmanın tərkibində köməkçi qüvvə kimi hazırlıq keçmişdilər. Bu idmançıların perspektivləri nəzərə alınaraq, yuxarı yaş qrupu üzrə təlim-məşq proseslərinə cəlb olunmuşlar. Məhdud sayda olan heyət formalaşdırıldı və həmin idmançılar ölkəmizi Bolqarıstanda keçirilən U-15 Avropa çempionatında təmsil etdi. Onlardan ikisi gümüş medal qazandı. Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa ikincisi oldu.
Nəzərinizə çatdıraq ki, Dünya Güləş Birliyinin (UWW) saytında yer alan yarışın yekun protokolunda texniki səhvə yol verilib. Orada Yunan-Roma güləşçilərimizin adları səhvən sərbəst güləşçilərin siyahısında göstərilib. Halbuki Azərbaycan Güləş Federasiyası UWW-yə sərbəst güləş yarışları üçün əvvəlcədən iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Bu yanlışlıq tezliklə aradan qaldırılacaq.
Onu da qeyd edək ki, iyunun 14-20-si tarixlərində Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə idmançılarımızın 2020-ci ildən bu yana iştirak edəcəyi ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər 3 güləş növü üzrə yığma komandalarımız çıxış edəcək. Yeri gəlmişkən, U-15 Avropa çempionatında iştirak məcburi deyil və könüllülük prinsipinə əsaslanır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2021, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-06-2021, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16