reklam
Regionxeberlericom.az » İdman » AVRO-2020: İtaliya – Türkiyə matçının start heyətləri açıqlandı - YENİLƏNİB

reklam

AVRO-2020: İtaliya – Türkiyə matçının start heyətləri açıqlandı - YENİLƏNİB



Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar;

Türkiyə: 23. Uğurcan Çakır (q), 2. Zəki Çəlik, 3. Merih Dəmiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kənan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k)

İtaliya: 21. Canluici Donnarumma (q), 3. Kyellini (k), 4. Spinazzola, 5. Lokatelli, 8. Jorjinyo, 10. İnsinye, 11. Berardi, 17. İmmobile, 18. Barella, 19. Bonuççi, 24. Florenzi

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

09:48

Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.

AVRO-2020-nin final mərhələsi

I tur

A qrupu

23:00 Türkiyə – İtaliya

Baş hakim: Dani Makeli (Niderland)

Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.
 

 


Paylaş:


Müəllif : Tarix:
11-06-2021, 22:11
Sikayət   


loading...
Загрузка...