reklam
Regionxeberlericom.az » İdman » Avropa çempionatında Azərbaycanın üç qadın boksçusu mübarizə aparacaq

reklam

Avropa çempionatında Azərbaycanın üç qadın boksçusu mübarizə aparacaq



İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

Doqquz gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Vüqar Məmmədovun rəhbərliyi altında Tofiq Quliyev (-46 kq), Kənan Babayev (-48 kq), Ənəs Ağayev (-50 kq), Mahir Süleymanov (-52 kq), Məhəmmədəli Qasımzadə (-54 kq), Nadir Məlikov (-57 kq), Fuad Babayev (-60 kq), Fərhad Şeydayev (-63 kq), Ziya Həsənov (-66 kq), Lətif Həsənov (-70 kq) və Eldar Əsədli (+80 kq) qüvvəsini sınayacaq.

Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (-54 kq), Emili Rzayeva (-63 kq) və Ayna Rüstəmova (-66 kq) qoruyacaq.

Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 boksçunun (224 oğlan, 115 qız) iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa birinciliyinin püşkü sabah atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.


Paylaş:


Müəllif : Tarix:
1-07-2021, 12:36
Sikayət   


loading...
Загрузка...