İngiltərə – Danimarka matçında ədalətsiz penalti qərarı: Futbol ictimaiyyəti ayağa qalxdı
AVRO-2020-nin ikinci yarımfinal matçının əlavə vaxtında Danimarka millisinin qapısına təyin olunan penalti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Dünyanın bir sıra mətbuat orqanlarına müsahibələri zamanı futbol ictimaiyyətinin bir çox tanınmış simaları hakimin yanlış qərar verdiyini bildiriblər.
Danimarka millisinin baş məşqçisi Kasper Yulmand oyun zamanı bir çox məsələnin onların əleyhinə getdiyini qeyd edib: “Mən penaltiyə baxdım, incə məqamdır. Uzun müddət meydanda iki top var idi. Əlimizdən gələn hər şeyi etdik”, – deyə baş məşqçi bildirib.
Yulmand həmçinin qeyd edib ki, ehtiyat hakimin diqqətini meydanda iki top olmasına çəkməyə çalışıb: “Mən Sterlinqin oraya qaçışından beş saniyə əvvəldən bəhs edirəm. Başqa məqamlarda hakim fit çalmaq üçün kifayət qədər sürətli idi. Mən sadəcə burada penalti görmürəm. Bu ağırdır. Mübarizəni uduzmaq başqa bir şeydir, ancaq hər şeyin bu şəkildə baş verməsi çox cansıxıcıdır. Uşaqlara görə məyus oldum, bu cür kənarlaşmaq ağırdır”, – deyə K.Yulmand vurğulayıb.
FIFA-nın Futbolun Qlobal İnkişafı Şöbəsinin rəhbəri və “Arsenal”ın keçmiş məşqçisi Arsen Venqer də İngiltərə – Danimarka qarşılaşmasındakı penalti epizodu barədə danışıb.
“Bu, penalti deyildi. Anlamıram, nəyə görə VAR-la bu cür epizodlarda hakim monitorda təkrarı izləməyə getmir. Bu cür məqamlarda hakim tamamilə əmin olmalıdır”, – deyə A.Venger bildirib.
Öz növbəsində İngiltərənin “Liverpul” klubunun və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Ditmar Hamann da AVRO-2020-nin yarımfinalı oyununun artırma dəqiqələrində Danimarkanın qapısına təyin edilən penalti qərarına münasibət bildirib.
D.Hamann İrlandiyanın qeyd edib ki, Rahim Sterlinq 11 metrlik cərimə zərbəsi qazanmaq üçün özünü bilərəkdən yerə atıb.
“Biabırçı qərar idi. Başa düşürəm ki, səndən tələb olunanı icra etmək lazımdır, lakin bunu həm də uşaqlar izləyir”, – deyə 47 yaşlı sabiq futbolçu vurğulayıb.
Xatırladaq ki, 2:1 hesabı ilə başa çatan matçın 102-ci dəqiqəsində Rahim Sterlinq cərimə meydançasında yerdə qalıb. Hakim penalti qərarı verib. VAR yoxlaması da hakimin qərarını təsdiqləyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 14:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 14:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07