reklam
Regionxeberlericom.az » İdman » Cüdoçularımız Avropa Kubokunda ölkəmizə üç medal qazandırdı - FOTO

reklam

Cüdoçularımız Avropa Kubokunda ölkəmizə üç medal qazandırdı - FOTO


Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub.

Rəşad Quluzadə (66 kq) da eyni nəticəni göstərib.

Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komanda Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa Kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.









Paylaş:


Müəllif : Tarix:
18-07-2021, 00:11
Sikayət   


loading...
Загрузка...