reklam
Regionxeberlericom.az » İdman » Həbib yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - VİDEO

reklam

Həbib yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - VİDEO

“Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. “Divardan divara” turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrini reallıqda həyata keçirmək bizdə alındı. Ötən il belə bir turniri sentyabrda keçirmişdik”.

RegionXəbərləri.com Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bunu UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədov deyib.
Sentyabrın 17-də Moskvadakı “ÇSKA-Arena”da AMG FNG-nin yüngül çəkidə çempionu olan azərbaycanlı Nəriman Abbasovla “Dağıstan aslanı” adlandırılan, EFC-nin (Eagle FC) prezidenti Şamil Zavurov arasında kəmər döyüşü olacaq. Bu gün keçirilən mətbuat konfransında idmançılarla yanaşı EFC-nin sahibi olan Həbib Nurməhəmmədov və AMC FNG-nin prezidenti Kamil Hacıyev iştirak edib.

“Düşünürəm ki, hər il AMC FNG ilə birgə tarix yaratmaq üçün bir araya gələcəyik. Turnir atamın yetirməsi olduğu, döyüş sambosu üzrə ilk dünya çempionlarından biri olan Şamil Zavurovun burada karyerasını bitirməsi ilə əlamətdar olacaq. Bu, Rusiya MMA-sı üçün bir tarix olacaq”, – deyə H.Nurməhəmmədov bildirib.

Sabiq idmançı rəqib kimi Nərimanın niyə seçilməsinə də aydınlıq gətirib:

“Niyə məhz Nəriman? O hazırda liqa çempionudur. Şamil ən yaxşıların ən yaxşısı ilə döyüşmək istəyirdi. Onu bütün ömrüm boyu tanıyıram. O heç vaxt özünə asan yol seçməyib. Yaxınları və doğmaları bilir ki, onu neçə dəfə döyüşməkdən çəkindirmişəm.

Ancaq o özünə ciddi rəqiblər, onların yaxşılarını seçir. Deyir ki, yalnız yaxşı rəqiblər məni məşqlərə çıxmağa vadar edir!”

Qeyd edək ki, Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurov isə son beş görüşdə məğlub olmayıb.











Paylaş:


Müəllif : Tarix:
23-08-2021, 23:17
Sikayət   


loading...
Загрузка...