reklam
Regionxeberlericom.az » İdman » Taekvondoçularımız Avropa birinciliyində 7 medal qazandı

reklam

Taekvondoçularımız Avropa birinciliyində 7 medal qazandı


Estoniyanın Tallin şəhərində kiçikyaşlı yeniyetmələr, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında təşkil olunan Avropa birinciliyi başa çatıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığma yarışı 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.
Yeniyetmələr arasında Məhəmməd Həsənli (37 kq) qızıl medal, Hüseyn Xudiyev (65 kq), Vasif Səlimov (45 kq), İslam Əhmədzadə (53 kq), Nərgiz Kazımova (47 kq) gümüş medal, Zəhra İsayeva (29 kq) və İlyas Hətəmli (33 kq) bürünc medala sahib olublar.
Kiçikyaşlı yeniyetmələrdən isə “Əli-Mehdi” taekvondo klubunun yetirməsi olan Çingiz Həsənov (36 kq) qızıl medal, “Ümid” taekvondo klubunun təmsilçisi Sabir Məmmədli isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, yarışları idarə edənlər arasında Azərbaycanı beynəlxaq dərəcəli hakimi Aygül Abdullayeva da olub. Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa birinciliyində iştirak edən komanda avqust 28-də Vətənə dönəcək


Paylaş:


Müəllif : Tarix:
28-08-2021, 00:09
Sikayət   


loading...
Загрузка...