Azərbaycan Premyer Liqasında klubların sayına UEFA qadağa qoyub? - RƏSMİ CAVAB
Son illərdə futbol üzrə Azərbaycan çempionatının əvvəlki həyəcanını itirməsi azərkeşlər tərəfindən tez-tez şikayət edilən mövzulardan birinə çevrilib.
Buna səbəb kimi isə, bir sıra futbol mütəxəssisləri və fanatlar Premyer Liqada mübarizə aparan klubların sayının azlığını ön plana çıxarırlar.
Belə ki, 2016-cı ildən etibarən çempionatda 8 komanda mübarizə aparır. Liqa 4 dövrədən ibarət olduğundan hər bir klub digəri ilə, bir mövsümdə 4 dəfə qarşılaşmalı olur. Bu isə, həyəcanın və marağın azalmasına, eyni zamanda futbolun inkişafına da önəmli mane törədir.
Digər, təəssüf doğuran nüans isə, liqada mübarizə aparan region klublarının sayının az olmasıdır. Belə ki, hal-hazırda “Qarabağ” və “Qəbələ” klublarından savayı digər komandalar Bakını təmsil edir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 18-də mətbuata verdiyi açıqlamasında 2022-2023-cü illər mövsümündən etibarən Premyer Liqada mübarizə aparan klubların sayının 10-a çatırılması məsələsinə də toxunub.
Bundan əlavə, AFFA funksioneri region klubları ilə bağlı da fikirlərini bölüşüb. Belə ki, Elxan Məmmədov, uzun illər Azərbaycan çempionatında yüksək yerlər uğrunda mübarizə aparmış Gəncənin “Kəpəz” klubunun da liqada iştirakının arzuolunan olduğunu qeyd edib.
Eyni zamanda AFFA nümayəndəsi regionlarda futbolun inkişafı üçün Tovuzda akademiyanın inşa edildiyini, yaxın perspektivdə Gəncədə də, lazımi infrastrukturun qurulacağını qeyd edib.
Əsas maneə
Premyer Liqadakı klubların sayının artırılması bağlı Bizim.Media-nın suallarını cavablandıran AFFA-nın mətbuat katibi Firuz Qarayev sözügedən məsələyə AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qərar veriləcəyini bildirib:
“Elxan Məmmədov açıqlamasında klubların sayının 10-a çatdırılmasının arzuolunan hal olduğunu bildirib. Sayın qeyd olunan həddə olması üçün prosesdurun hansı qaydada tətbiq olunacağına isə, AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qərar veriləcək. Sözügedən məsələyə böyük ehtimalla 2021-2022-ci illər üzrə çempionat başa çatdıqdan sonra baxılacaq”.
- Əvvəlki illərdə də, əsas liqda oynayan klubların sayının artırılması məsələsi gündəmə gətirilib, lakin bu, baş verməyib. Xüsusilə də, aşağı diviziondakı klubların maliyyə vəziyyətinin uyğun olmaması buna təsir edən əsas amil kimi ortaya atılıb. Necə düşünürsünüz, gələn ildən sözügedən problem aradan qalxa bilərmi?
“Birinci divizionda mübarizə aparan klubların əsas liqaya yüksəlməsi üçün UEFA-nın bir sıra standartları mövcuddur. Belə ki, burada bir sıra tələblər öz əksini tapıb. Klubların maliyyə vəziyyəti də bu standartlar içərisində önəmli yer tutur.
Ələxsus da, hər il yeni çempionata start verilməzdən əvvəl, ilk öncə klubların bank hesablarına diqqət yetirilir ki, həmin komanda liqanın sonuna kimi mübarizəni davam etdirə biləcək vəsaitlərə malikdirmi?”
AFFA nümayəndəsinin də qeyd etdiyi kimi, Premyer Liqada klubların sayının artırılmasına maneə törədən əsas səbəb AFFA yox, məhz UEFA standartlarıdır. Belə olan halda isə, azərkeşlərə sadəcə ümid etmək qalır..
Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2021, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər