Polşa klubu Mahir Emreli üçün Türkiyə klublarına qiymət oxudu

Polşanın “Legiya” klubu komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.
Məlumata görə, “Başakşəhər” və “Sivasspor” kimi Super Liqa klubları varşavalılarla danışıqlar aparsalar da, tərəflər ortaq məxrəcə gələ bilməyib.
Belə ki, “Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasını şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-01-2022, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-01-2022, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT