reklam
Regionxeberlericom.az » İdman » 16 yaşlı Bakı məktəblisi Avropa çempionatında qızıl medal qazanıb

reklam

16 yaşlı Bakı məktəblisi Avropa çempionatında qızıl medal qazanıb


İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu alınıb.

regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, millimizin üzvü Fərid Sadıxlı qitə çempionu tituluna yiyələnib.

16 yaşlı güləşçi finala qədər macarıstanlı rəqibini 50, Bolqarıstan təmsilçisini 34, Latviya idmançısını 24 saniyəyə məğlub edib. F.Sadıxlı Rusiya güləşçisi ilə həlledici qarşılaşmada 68 saniyəyə 10:1 hesablı qələbə qazanıb. Ardıcıl dörd qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub.


Paylaş:


Müəllif : Tarix:
1-07-2019, 11:11
Sikayət   


loading...
Загрузка...