Rusiyanın daşınmaz əmlak “kralları" azərbaycanlılardır – İllik 1,7 milyard dollar qazanc...
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub.
Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 665 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 385 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 387 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 445 otaqdan ibarət otelləri var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında daha bir azərbaycanlı "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, 2018-ci il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. 2019-cu ildə Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanaraq 6-cı sıraya geriləyib. 2020-ci ildə Araz Ağalarovun gəliri 130 milyon dollar azalaraq 240 milyon dollara düşüb və siyahıdakı mövqeyi 7-ci sıraya geriləyib. Ötən il isə gəlirini 85 milyon dollar artıraraq yenidən 6-cı sıraya yüksəlib. Qeyd edək ki, "Krokus" şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən "Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel, 842 min kvadrat metr sahəsi olan ticarət mərkəzi var.
"Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
"Daşınmaz əmlak kralları"nın ilk 10-luğunu təqdim edirik:
Əmlak sahibləri və şirkətləri 2021-ci il 2020-ci il 2019-cu il 2018-ci il 1 Qod Nisanov və Zarax İliyev
"Kievskaya ploşad" şirkəti 1 665 mln. $ 1 280 mln. $ 1610 mln. $ 1 565 mln. $ 2 Samvel Karapetyanın
"Taşir" şirkəti 615 mln. $ 585 mln. $ 655 mln. $ 670 mln. $ 3 Mikail Quçeriev
"Safmar" şirkəti 510 mln. $ 460 mln. $ 580 mln. $ 575 mln. $ 4 Aleksandr Klyaçin
“Gleden Invest Group” şirkəti 385 mln. $ 125 mln. $ 380 mln. $ - 4 İnqvar Kampradın qurucusu olduğu İKEA-ya bağlı "İNGKA Sentr" şirkəti 350 mln. $ 330 mln. $ 510 mln. $ 865 mln. $ 5 Valeri Mixaylov və Pavel Vaşenko
“Riverstretch Trading & Investments” şirkəti 350 mln. $ 295 mln. $ 305 mln. $ 295 mln. $ 6 Araz Ağalarov
"Krokus" şirkəti 325 mln. $ 240 mln. $ 370 mln. $ 410 mln. $ 7 Şarık Tara
"Enka" şirkəti 300 mln. $ 290 mln. $ 340 mln. $ 325 mln. $ 8 Yuri Xotin və Aleksey Xotin
"Kompleks investisiyalar" şirkəti 205 mln. $ 190 mln. $ 280 mln. $ 285 mln. $ 9 Anton Bilton və Qlin Xirş
“Raven Property Group” şirkəti 180 mln. $ 190 mln. $ 200 mln. $ 195 mln. $ 10 Maksim Levçenko və Boris Paykin
“FortGroup”şirkəti 180 mln. $ 140 mln. $ 230 mln. $
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2022, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub.
Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 665 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 385 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 387 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 445 otaqdan ibarət otelləri var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında daha bir azərbaycanlı "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, 2018-ci il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. 2019-cu ildə Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanaraq 6-cı sıraya geriləyib. 2020-ci ildə Araz Ağalarovun gəliri 130 milyon dollar azalaraq 240 milyon dollara düşüb və siyahıdakı mövqeyi 7-ci sıraya geriləyib. Ötən il isə gəlirini 85 milyon dollar artıraraq yenidən 6-cı sıraya yüksəlib. Qeyd edək ki, "Krokus" şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən "Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel, 842 min kvadrat metr sahəsi olan ticarət mərkəzi var.
"Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
"Daşınmaz əmlak kralları"nın ilk 10-luğunu təqdim edirik:
Əmlak sahibləri və şirkətləri | 2021-ci il | 2020-ci il | 2019-cu il | 2018-ci il | |
1 | Qod Nisanov və Zarax İliyev "Kievskaya ploşad" şirkəti | 1 665 mln. $ | 1 280 mln. $ | 1610 mln. $ | 1 565 mln. $ |
2 | Samvel Karapetyanın "Taşir" şirkəti | 615 mln. $ | 585 mln. $ | 655 mln. $ | 670 mln. $ |
3 | Mikail Quçeriev "Safmar" şirkəti | 510 mln. $ | 460 mln. $ | 580 mln. $ | 575 mln. $ |
4 | Aleksandr Klyaçin “Gleden Invest Group” şirkəti | 385 mln. $ | 125 mln. $ | 380 mln. $ | - |
4 | İnqvar Kampradın qurucusu olduğu İKEA-ya bağlı "İNGKA Sentr" şirkəti | 350 mln. $ | 330 mln. $ | 510 mln. $ | 865 mln. $ |
5 | Valeri Mixaylov və Pavel Vaşenko “Riverstretch Trading & Investments” şirkəti | 350 mln. $ | 295 mln. $ | 305 mln. $ | 295 mln. $ |
6 | Araz Ağalarov "Krokus" şirkəti | 325 mln. $ | 240 mln. $ | 370 mln. $ | 410 mln. $ |
7 | Şarık Tara "Enka" şirkəti | 300 mln. $ | 290 mln. $ | 340 mln. $ | 325 mln. $ |
8 | Yuri Xotin və Aleksey Xotin "Kompleks investisiyalar" şirkəti | 205 mln. $ | 190 mln. $ | 280 mln. $ | 285 mln. $ |
9 | Anton Bilton və Qlin Xirş “Raven Property Group” şirkəti | 180 mln. $ | 190 mln. $ | 200 mln. $ | 195 mln. $ |
10 | Maksim Levçenko və Boris Paykin “FortGroup”şirkəti | 180 mln. $ | 140 mln. $ | 230 mln. $ |
Paylaş: